Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 22:36
Bakı. Trend:
Fransanın Sent-Uan-l'Omon şəhərində təhlükəli sənaye tullantılarının emalı şirkətinin anbarında yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı xəbər verib.
Məlumata əsasən, yanğın yerli vaxtla saat 15:00-da başlayıb, hadisə yerinə yanğın briqadaları və polis əməkdaşları gəlib.
Yanğının söndürülməsi zamanı beş nəfər polis əməkdaşı və bir nəfər yanğınsöndürən xəsarət alıb. 2 saat 30 dəqiqədən sonra yanğın lokallaşdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin