Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusa yoluxanların sayı 85 min nəfəri keçib

İranda koronavirusa yoluxanların sayı 85 min nəfəri keçib

Tarix: 22 Aprel 2020 14:12

Bakı. Elnur Bağışov - Trend:

İranda 19 fevraldan bu günədək (22 aprel) 85 996 nəfər koronavirusa (COVID19) yoluxub.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 1 194 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb.

O deyib ki, virusa yoluxanlardan 3 311 nəfərin vəziyyəti orta ağır və ağır qiymətləndirilir.

Cahanpur ötən sutka ərzində daha 94 nəfərin koronavirusdan öldüyünü və beləliklə İranda epidemiyadan ölənlərin sayının 5 391 nəfərə yüksəldiyini deyib.

Nazirlik rəsmisi qeyd edib ki, indiyədək İranda 63 113 nəfərin koronavirusdan sağalıb.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 377 mindən çox test həyata keçirilib.


Etiketlər:  İranda koronavirusa yoluxanların sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ