Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 00:36
Uels millisinin və “Real”ın yarımmüdafiəçisi Qaret Beyl də koronavirusla mübarizədə yardım kampaniyasına qoşulub.
Qol.azxəbər verir ki, o, Uels Universiteti Xəstəxanasına 500 min funt-sterlinq bağışlayıb. Bu barədə sözügedən xəstəxananın yaydığı açıqlamada bildirilir:
“Uels yığmasının və “Real”ın futbol əfsanəsi Qaret Beyl və həyat yoldaşına böyük yardımı üçün təşəkkür edirik”.
Beyl isə bu xəstəxanada doğulduğunu və buranın onun üçün özəl bir yer olduğunu deyib: “Ən çətin mübarizə hazırda səhiyyə işçilərinin üzərinə düşür. Bu xəstəxana mənim üçün çox özəldir. Çünki mən burada anadan olmuşam. Xəstəxananın mənə və ailəmə böyük xidmətləri olub. Biz də indi onlara dəstək vermək istədik”.