Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 16:52
Aprelin 22-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Qurban Süleymanov biri qarın nahiyəsinə nüfuz edən, çoxsaylı bıçaq yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Sonxeber.net xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Yaralı şəxs ilkin dindirmə zamanı etiraf edib ki, özünə xəsarət yetirib. Hadisə aprelin 19-da qəsəbə qəbiristanlığında baş verib. Q.Süleymanov bu vasitə ilə intihar etmək istədiyini söyləyib.
Eyni zamanda, məlum olub ki, gənc əvvəllər də oğurluq və avtomobil qaçırdığına görə mühakimə olunub.
Hazırda xəstənin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. 26 yaşlı kişini intihara sövq edən səbəblər hələlik məlum deyil.