Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 14:50
Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı artıq qarşılıqlı dialoqlar başlayıb:
"Əlbəttə ki, sərhədlər açılacaq, ticarət davam edəcək. Amma bütün ölkələrin birlikdə çalışması və bir-birilərinə güvənməsi çox vacibdir".