Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 18:42
“Qalatasaray”ın futbolçusu Rayan Donkun nənəsi koronavirusundan ölüb.
Qol.az xəbər verir ki, bunu 34 yaşlı hollandiyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib. İstanbul təmsilçisinin oyunçuları Donka başsağlığı veriblər.
Qeyd edək ki, niderlandlı futbolçu 2016-cı ildən “Qalatasaray”da çıxış edir.