Tarix: 24 Aprel 2020 22:14
“Çelsi” futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmi açıqlayacağı bildirilib.
33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.
Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 oyuna 2 qol vurub.