Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 08:04
Almaniyanın "Volkswagen" avtomobil istehsalçısı Meksikadakı Puebla zavodunda koronavirus pandemiyası səbəbiylə əməliyyatların dayandırılmasını 18 maya qədər uzadacaq.
Trend-in Reuters-ə istinadən verdiyi məlumata görə, şirkətin Meksikadakı Silao zavodu da müvəqqəti olaraq işləmir və burada istehsalın nə vaxt başlayacağı hələ müəyyənləşdirilməyib.
Hər iki zavodda yenidən başlanacaq istehsal ciddi sanitar-gigiyena tədbirləri çərçivəsində aparılacaq. Qeyd edilir ki, "Volkswagen" şirkəti hökumətlərin pandemiyaya qarşı qəbul etdiyi tədbirlərinə qatılan dünya istehsalçıları arasındadır.