Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 19:36
"Çelsi" dövlət işçilərinə müavinət proqramında iştirak etməmək qərarına gəlib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi bütün işçilərinə maaşlarını tam ödəməyə davam edəcəyəni açıqlayıb.
Müvəqqəti və matç günlərində iştirak edən işçilər isə 30 iyun tarixinə qədər əvvəlki şərtlərlə ödənişlərini alacaqlar. Bundan başqa, klub təxirə salınmış matçlara görə bilet pulunu azarkeşlərə qaytaracaq.
"Çelsi" eyni zamanda futbolçularının da maaşını azaltmayacaq.
Qeyd edək ki, verilən bütün qərarlar Roman Abramoviçin başçılıq etdiyi "Çelsi" rəhbərliyi tərəfindən təsdiqlənib.