Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İquain İtaliyaya qayıtmır - Müqaviləsi ləğv edilə bilər

İquain İtaliyaya qayıtmır - Müqaviləsi ləğv edilə bilər

Tarix: 26 Aprel 2020 11:20

“Yuventus” rəhbərliyi futbolçusu Qonsalo İquainlə müqaviləni ləğv edə bilər.

Qol.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Mənbə bildirir ki, Turin klubu xaricdə olan bütün futbolçularından məşqlərə qatılmaq üçün geri qayıtmağı tələb edib. Braziliyalı Aleks Sandro və Danilo qayıdacaqlarını planlaşdırdıqları barədə klubu xəbərdar ediblər. Argentinalı isə “Yuventus” nümayəndələri ilə əlaqəyə girməyib və vətənində qalır. Bu isə "Yuventus" rəhbərliyini qəzəbləndirib və onlar futbolçunu göndərmək barədə düşünürlər.

Qeyd edək ki, İquain anasının xəstəliyinə görə Argentinaya gedib. Koronavirus pandemiyası geniş yayıldıqdan sonra isə o, İtaliyaya dönməyib.

 


Etiketlər:  İquain İtaliyaya qayıtmır Müqaviləsi ləğv edilə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ