Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Heç kim Ronaldodan üstün ola bilməz" - Mourinyo

Tarix: 27 Aprel 2020 01:22

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbol tarixinin ən yaxşısı hesab etdiyi oyunçunun adını açıqlayıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı Ronaldonu bütün dövrlərin ən yaxşısı hesab edib:

"Tarixin ən yaxşı oyunçusu Ronaldodur. Kriştiano Ronaldo və Lionel Messinin daha uzun müddətli karyeraları var. Onlar son 15 ildə yüksək səviyyədə qalırlar. Amma əgər istedad və bacarıq haqqında danışırıqsa, heç kim Ronaldodan üstün ola bilməz" - deyə o bildirib.

Qeyd edək ki, Mourinyo 1996/1997 mövsümündə "Barselona"nın baş məşqçisi olan Bobbi Robsonun köməkçisi vəzifəsində işləyərkən Ronaldo ilə çalışıb.

 


Etiketlər:  Heç kim Ronaldodan üstün ola bilməz Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ