Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlumun ''Yuventus''dan ayrılmaq istəyi yoxdur'' - İquainin atası

''Oğlumun ''Yuventus''dan ayrılmaq istəyi yoxdur'' -  İquainin atası

Tarix: 27 Aprel 2020 16:32

“Yuventus" un hücumçusu Qonsalo İquainin atası Xorxe İquain  oğlunun Turin klubundan ayrılmaq istəməsi haqda yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Argentina mətbuatına açıqlamasında bu məlumatların doğru olmadığını deyib:

“Medianın Qonsalo haqqında yazdıqları doğru deyil. Yalnız onu deyə bilərəm ki, oğlum  "Yuventus"da qalacaq. Çünki klubla müqaviləsi daha bir il yarım müddətinə nəzərdə tutulub. Müqaviləyə hörmətlə yanaşır.

18 aydan sonra Qonsalo nə edəcəyinə qərar verəcək. Çünki onda müqaviləsi bitəcək. Zəmanət verə bilərəm ki, onun başında azarkeşlərin çox sevdiyi "Yuventus" dan ayrılmaq istəyi yoxdur"
– deyə o bildirib.

Xatırladaq ki, koronavirus pandemiyası İtaliyada geniş yayılmağa başlayanda ölkəsi Argentinaya gedən İquainin geri qayıtmaq istməməsi haqda xəbərlər yayılıb.
 


Etiketlər:  Oğlumun Yuventusdan ayrılmaq istəyi yoxdur İquainin atası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ