Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq'' smart-kart balansının yüklənməsində yeni üsula aydınlıq gətirib

''Azərişıq'' smart-kart balansının yüklənməsində yeni üsula aydınlıq gətirib

Tarix: 28 Aprel 2020 20:40

Bu ilin iyun ayından başlayaraq "Azərişıq" ASC-nin abunəçiləri sayğacların smart-kartının balansını mobil qurğu vasitəsilə yükləyə biləcəklər.

Bu barədə ASC-dən bildiriblər.

Qeyd olunub ki, smart-kartın doldurulması üçün abunəçilərə "card reader" (xüsusi kart oxuyucusu) laızm olacaq. Bu qurğu vasitəsilə balansı təkcə mobil qurğularla deyil, həm də kompüterlə artırmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, yaxın zamanlarda ASC-nin yeni mobil tətbiqi vasitəsilə digər ödəmələrin də həyata keçirilməsi imkanı yaranacaq:

"Abunəçilər öz telefon nömrələrini "Azərişıq" ASC-nin mobil tətbiqində qeydiyyatdan keçirə və NFC sistemi vasitəsilə ödəmələr edə biləcəklər. Bu zaman vəsait mobil nömrənin balansından çıxılacaq".


Etiketlər:  Azərişıq smart kart balansının yüklənməsində yeni üsula aydınlıq gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ