Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 05:44
Bakı. Trend:
UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.
Trend-in məlumatına görə, sıyahıda birinci yerdə "Real", ikinci yerdə "Barselona", üçüncü yerdə isə "Bavariya" qərarlaşıb.
İlk onluqda həmçinin "Atletiko", "Yuventus", "Mançester Siti", "Sevilya", "PSJ", "Arsenal" və "Porto" qərarlaşıblar.
Azərbaycanın "Qarabağ" klubu siyahıda İtaliyanın "Milan" (78), İngiltərənin "Lester" (72) və Hollandiyanın "Feyenord" (71) klublarından önə keçərək 70-ci yerdə qərarlaşıb.
Azərbaycanın "Qəbələ" klubu 173-cü, "Keşlə" 273-cü, "Neftçi" 274-cü, "Zirə" 275-ci, "Kəpəz" 276-cı yerlərdə qərarşlaşıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin