Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 15:02
Karantin rejimi ilə əlaqədar artıq bir müddətdir ki, fəaliyətinə məhdudiyyət qoyulan restoranlar öz müştərilərini gözləyir. Amma o müştərilərin nə vaxt gələcəyi tarix isə hələ ki, məlum deyil.
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
İbrahim Novruzov - Administrator: "Ay yarımdan artıq fəaliyətimizi dayandırmışıq. Yəqin ki, yaxşı olar da. Ayın 4-dən deyiblər ki, açılacaq. Bu gün desələr işləyin, hamı sevə-sevə işləyər. Çünki hamı bu sözü gözləyir ki, açılsın, işləsin".
Bu günlərdə qapıları bağlı qalan həm də gözəllik salonları və bərbərxanalardır. Müştəriləri çoxdur və nə vaxt fəaliyətə başlayacağı günü səbirsizliklə gözləyirlər.
Səidə Hüseynova - Salon rəhbəri: "Bəzi sahələr açılsa da, gözəllik salonları və mərkəzlər açılmadı. Ümid edirik ki, növbəti addım bizə də şamil olunacaq. Biz də öz işimizə başlayacağıq".
Ceyhun Məmmədov - Milli Məclisin deputatı: "Burada öncə vəziyyət təhlil olunmalıdır. O yerlərdə ki, sıx təmas, kütləvi toplaşma var onların bərpasında biz tələsməməliyik. Biz anlayırıq ki, bəzi sahədə çalışan insanlar səbirsizliklə gözəyirlər ki, bu müəssilərin fəaliyəti nə vaxt baş tutacaq. Mən hesab edirem ki, elə də çox vaxt qalmayıb".
İqtisadçı millət vəkili Vüqar Bayramov isə deyir ki, restoran və kafelərin fəaliyyətinin mərhələli şəkildə bərpası mümkündür. Bunun üçün standartların müəyyənləşməsinə ehtiyac var.
Vüqar Bayramov - Milli Məclisin deputatı: "Ümumi salon deyil, daha çox kabinet tipli, yəni ayrıca otağı olan kafe və restoranların fəaliyətinə icazə verilməsi məqsədəuyğun olardı".
Böyük sahəsi olan kafe və restoranlarda isə stollar arasında 2 metrlik məsafənin olması təklif edilir. O ki, qaldı gözəllik salonları və bərbərxanalara...
Vüqar Bayramov - Milli Məclisin deputatı: "Müştərilən fərdi olaraq qəbul edilməsi kimi standartların müəyyənləşməsinə ehtiyac var. Eyni zamanda xidmət göstərən şəxslərin maskadan istifadə edilməsinin məcburi xarakter alması vacibdir. O baxımdan mərhələli şəkildə real sektorda fəaliyətlərin bərpası mümkündür. Bunun üçün də təbii ki, yeni sandartların tətbiqinə ehtiyac var".
Bu arada, respublikanın baş infeksionisti Cəlal İsayev isə bildirib ki, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. Bu yumşalma isə daha çox fəaliyyət sahəsini əhatə edəcək.