Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbələdə ağac kəsən şəxs cəzalanıb - FOTO

Qəbələdə ağac kəsən şəxs cəzalanıb - FOTO

Tarix: 29 Aprel 2020 19:56

Qəbələdə ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, aprelin 27-də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Qəbələ rayon Yemişənli kəndi ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 7,29 m3 həcmində işlik oduncaq aşkar edilib. Bunu jurnalistlərə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O qeyd edib ki, araşdırma zamanı sexdəki oduncağın Bum meşəbəyliyinin 6 saylı dolayında Qəbələ rayon Həmzəlli kənd sakini Gəncəli İsgəndərov tərəfindən kəsilərək sexə satıldığı məlum olub.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib olunub və ona 1518 manat məbləğində cərimə və ziyan tətbiq edilib.


Etiketlər:  Qəbələdə ağac kəsən şəxs cəzalanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ