Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 08:52
TSMC şirkəti bu il 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış ilk prosessorları satışa çıxartmağı planlaşdırır. Bununla paralel olaraq şirkət həmçinin 3 nanometrlik texnoloji proses əsasında hazırlanacaq prosessorlar üzərində də çalışır. Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası səbəbilə şirkət 3 nanometr əsaslı prosessorlar üzərində işləri dayandırmışdı. Lakin insayderlərin verdikləri məlumatlara əsasən TSMC artıq daha nazik texnoloji prosessorlar üzərində işlərə start verib.
Bu barədə Phonearena saytı xəbər verib. Məlumata əsasən TSMC şirkəti 2 nanometrlik texnoloji proses əsaslı prosessorların hazırlanmasına və tədqiqatlarına hələ 2019-cu ildə start vermişdi. Müasir 7 nanometr əsaslı prosessorlardan fərqli olaraq 2 nanometr əsaslı prosessorlarda tranzistor sayı 3.5 dəfə çox olacaq. Bununla belə prosessorun ölçüsü eyni olaraq qalacaq. Bu isə öz növbəsində performans və enerji effektivliyi göstəricilərini yüksəldəcək. Lakin bu barədə konkret rəqəmlər hələki qeyd olunmur. 2 nanometr əsaslı prosessorların təqribi olaraq 2025-ci ildə istifadəyə veriləcək.