Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Tarix: 30 Aprel 2020 13:51

Bakı. İlhamə İsabalayeva - Trend:

Hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən “Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub. “Polyup” resursları şagirdlərə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin həyata təsirini əyani şəkildə anlamağa dəstək olur.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumayta görə, portalda sözügedən resurslarlardan faydalanmaq üçün “Teams > General” bölməsində “Polyup” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

“Virtual məktəb” platformasında tədris aparan müəllimlər “Polyup” platformasını onlayn dərslərində istifadə edə bilərlər. Əyani olaraq Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Elvin Əliyevin distant dərsini izləmək mümkündür.

Qeyd edək ki, funksionallığı və imkanları genişləndirilən portalda hazırda görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, elektron dərsliklər, video dərslər, “Polyup”, testlər kimi interaktiv resurslardan istifadə, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlər üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi imkanları təqdim edilib.

Aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən start verilən “Virtual məktəb” layihəsi hazırda ölkə üzrə 500 mindən çox şagird və 45 mindən çox müəllimi əhatə edir. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.


Etiketlər:  Polyup platforması Virtual məktəb portalına inteqrasiya olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ