Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 18:36
"Monako"nun futbolçusu Sesk Fabreqasın 95 yaşlı nənəsi koronavirusa qalib gəlib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi İnstagram səhifəsində məlumat paylaşıb:
"Mənim nənəm-super qəhrəman 95 yaşında koronavirusa qalib gəldi. Təbii ki, o, bizim üçün həyatlarını fəda edən tibbi işçiləri və həkimlərin köməyi olmadan bunu bacara bilməzdi. Onların hamısına təşəkkür edirəm".