Tarix: 30 Aprel 2020 19:52
UEFA Niderlandın “Villem II” klubunu Avropa Liqasına qatılmaqdan məhrum edə bilər.
Qol.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
Reqlamentə görə Avropa Liqasının II təsnifat mərhələsində iştirak hüququ ölkə kubokunu qazanan kluba verilir. Ancaq kubokun finalı ləğv edildiyi üçün bu hüquq Niderland Kral Futbol Birliyinin qərarı ilə “Villem II” klubuna verilib.
Bildirilir ki, UEFA bu qərarları qəbul etməyə bilər. Belə olan halda isə Niderlandın gələn mövsüm avrokuboklarda beşinci iştirakçıdan məhrum ediləcəyi gözlənilir.