Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 22:36
Tibdə müayinə paketi olan skrininq və ya dispanserizasiya - sağlam adamların 1-2-3 ildən bir keçərək, müxtəlif onkoloji risk və digər xəstəlikləri vaxtında aşkarlama üçün nəzərdə tutulub.
Dispanserizasiya sovet dövründən bu vaxta kimi ildə 1 dəfə dövlət poliklinika və xəstəxanalarında elan olunur və10 gün müddətində hər kəs yaşadığı yer üzrə tibb mərkəzində bu paketə daxil olan müayinələrdən, həkimlərdən keçə bilər. Azərbaycanda bu hər il böyüklər və uşaqlar üçün elan olunur, lakin təəssüf ki, çoxumuz bundan xəbərsiz oluruq və ya bilsək də getmirik və yaxud da poliklinikalarda müayinələrin effektinə güvənmirik.
Özəldə və xarici dövlətlərdə isə skirininq proqramları aparılır. 40 yaşa kimi hər kəs bu skrininqlərdən 3 ildən bir, 40 yaşdan sonra isə 2 ildən bir, 50 yaşdan sonra ildə bir dəfə aparılmalıdır.Söhbət konkret xəstələrdən getmir, burda söhbət özünü sağlam hiss edən, hesab edən və hələ ciddi xəstəliyi aşkarlanmayan şəxslərdən gedir. Yoxlanış və skrininqlərdən qorxmaq lazım deyil, onlar vaxtında şişi, kistiləri, daşı və ürək problemlərini aşkarlaya bilər.
Məsələn, hər 10 sağlam insanın birində öd kisə daşı var
Hər 20 sağlam qadından birində böyrək daşı çıxır
Hər 3 sağlam insandan birində ostexondroz və onurğa yırtığı aşkarlana bilər.
Süd vəzi, qaraciyər, böyrək kistləri, adenomalar, xoşxasəlli şişlər bunlar size qorxutmamalıdır. Müalicəsi var və aşkar olunsa yaxşıdır.
Xüsusən qalxanvari vəzimiz təhlükədədir, onda olan düyünlər, kistlər vaxtında tapılmalıdır.
Sonxeber.net medicina.az-a istinadən 1-2 ildən bir keçməli olduğunuz skrininq deyilən müayinə və analizlərin siyahısını hazırlayıb.
- Xolesterin və lipid analizi - 25 yaşdan yuxarı kişilər, siqaret çəkənlər, təzyiqi yüksələnlər, nəsildə ürək-damar problem olanlar, artıq çəki və piylənmədən əziyyət çəkənlər ildə bir dəfə keçməlidir. Qadınlar 35 yaşdan sonra hər il keçməlidir.
- Arterial təzyiq yoxlanması və buna uyğun müayinə analizlər - Hər bir kişi orta təzyiqini bilməlidir. Qadınlar 3 ildən bir müayinələrdən keçməlidir.
- Mammoqrafiya - 40 yaşdan başlayaraq 3 ildən bir. İldə 1 dəfə süd vəzilərinin USM müayinəsi. Artıq çəkisi olan, menstruasiyadan kəsilən, doğum və südverməsi olmayanlar, irsi olaraq nəsildə süd vəzi xərçəngi görünənlər, gecə növbəsində çalışanlar mütləq bu müayinələrdən keçməlidir.
- Uşaqlıq boynu xərçənginə qarşı PAP test - 21 yaşdan 65 yaşa kimi 3-4 ildən bir hər bir qadın. Cinsi münasibətdə olan və uşaq doğan hər bir qadın yaşından asılı olmayaraq bu müayinələrdən keçməlidir.
- Kolonoskopiya - bağırsaqların yoxlanması. Kişi və qadınlar 55 yaşdan sonra 3-4 ildən bir keçməlidirlər. Yoğun bağırsaq xərçəngi 50 yaşdan sonra rast gəlinir. Xərçəng öncəsi mərhələ poliplərdir, onları da kolonoskopiya təyin edir. Əgər ailənizdə 50 yaşa kimi mədə-bağırsaq xərçəngi olan üzv olubsa, siz 10 il daha tez bu müayinələrdən keçməlidir.
- Ağciyərlərin komputer müayinəsi (KT) - 15 ildən artıq siqaret çəkənlər 40 yaşdan sonra 2-3 ildən bir keçməlidir.
- Qanda şəkər, insulin dirənci analizləri - təzyiqi 135-dən yuxarı çıxanlar, hamilələr, nəsildə, ailədə şəkərli diabet xəstələri olanlar, artıq çəkisi olanlar ildə bir dəfə bu analizləri verməlidirlər.
- QİÇS analizi - 15-65 yaş arası, xüsusən ötəri cinsi əlaqədə olanlar 2-3 ildən bir anonim olaraq mərkəzdə analiz verməlidir
- Hepatit C, B - ildə bir dəfə 25 yaşdan yuxarı hər kəs. Eləcə də stomatoloji müalicə alanlar, tatu, pirsinq etdirənlər,narkotik istifadəçiləri, seksual aktiv insanlar ildə bir dəfə analiz verməlidir
- Xlamidioz - 25 yaşdan sonra cinsi əlaqə aktivliyi olan hər kəs və toydan öncə bəylər. Bu virus dünyada sonsuzluq yaradan birinci virusdur.
- Osteoporoz (sümüklərin vəziyyəti) - xüsusi metod və aparatdan, eləcə də analizlərlə yaşı 60-dan yuxarı hər bir qadın 3 ildən bir keçməlidir
- Prostat, PSA analizi - 45 yaşdan sonra 2 ildən bir bütün kişilər.
- Qarın boşluğu anevrizmasını təyin etmək üçün USM müayinə - 65-75 yaş arası siqaret çəkənlər. Arteriyalarda anevrizma qəfil partlayıb ölüm verə bilər.