Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 11:26
"Mövsümün erkən başa çatdırılması qərarını anlayışla qarşılayırıq. Çünki insanların sağlığı hər şeydən önəmlidir".
Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin sahibi Nasser Əl-Xəlafi çempionluqları ilə bağlı danışarkən deyib.
O, klubun saytına açıqlamasında 9-cu çempionluğu koronavirusla mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə həsr etdiklərini bildirib:
"Oyunçularımıza, texniki heyətə bu çempionluqdakı xidmətlərinə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu zəfər çətin günlərdən keçən azarkeşlərimizə kiçik də olsa bir ümid və sevinc bəxş edəcək. Şərtlər imkan verəcəyi halda, bu çempionluğu mütləq bütün PSJ ailəsiylə qeyd etmək üçün səbrsizlənirəm”.
Xatırladaq ki, koronavirus pandemiyasında görə Fransa Liqa 1-də mövsüm erkən başa çatdırılıb və lider PSJ çempion elan olunub.