Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Onlardan təklif almışam” - “Qarabağ”ın qapıçısı

“Onlardan təklif almışam” - “Qarabağ”ın qapıçısı

Tarix: 1 May 2020 15:14

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Kiprin “Apollon” klubundan təklif almasına dair yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, “Apollon”un təklifi barədə ilk dəfə eşitdiyini bildirib: “Amma başqa bir Kipr klubu – APOEL məni sıralarında görmək istəyir. Artıq mənə müraciət də ediblər. Hazırda danışıqların başlanğıc mərhələsindəyik. Bundan başqa, Yunanıstanın “Panatinaikos” klubu da mənimlə müqavilə bağlamaq istəyir. Ad çəkmək istəmirəm, Braziliya və Portuqaliyanın bəzi klublarından da təklif almışam. Hazırda isə yeni mövsüm barədə yox, koronavirusla bağlı vəziyyətdən nə vaxt çıxacağımızı düşünürəm”.

Qeyd edək ki, Vaqnerin “Qarabağ”la müqaviləsi bu yay başa çatır (azerisport.com).

 


Etiketlər:  Onlardan təklif almışam Qarabağın qapıçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ