Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir

Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir

Tarix: 1 May 2020 17:36

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu, həmin ərazilərdə əhalinin karantin rejiminə əməl etməməsinin nəticəsidir: “Buna görə də əhalini karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə çağırırıq. Əgər göstəricilər arzuedilməz səviyyədə dəyişərsə, sərt və uzunmüddətli məhdudiyyətlər tətbiq edilə bilər".


Etiketlər:  Hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə Lənkəranda müşahidə edilir


RƏYLƏR