Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 17:54
Bakı. Samir Əli - Trend:
Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir. Bu zonada icazə əvvəlki sistemlə qalacaq. Sarı zonada isə karantindən çıxış daha sürətlidir.
Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, icazə sistemi rayonlarda ləğv olunub. Vətəndaşın evdən hər hansı yerə getməsi üçün icazəyə ehtiyac yoxdur.
İ.Məmmədov qeyd edib ki, dövlət orqanlarında işləyənlərin sayında tədricən artım olacaq. Amma bəzi qadağalar hələ də qüvvədə qalacaq.
Qeyd edək ki, narıncı zona dedikdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu nəzərdə tutulur.