Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 19:44
"Real" klub bazasında məşqlərin bərpa olunma tarixinə qərar verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, mayın 11-i klubun əməkdaşları və futbolçuları Valdebebasda toplaşacaqlar. Oyunçular fərdi məşqlərə başlayacaqlar.
Ehtiyat tədbiri kimi əvvəlcə futbolçular aralarında məsafə saxlayacaqlar.
Qeyd edək ki, La Liqada mövsüm koronavirus səbəbindən təxirə salınıb. Çempionatın bərpası ilə bağlı dəqiq tarix hələ məlum deyil.