Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirusdan sağalan bir neçə xəstə sonradan ölüb – Həkimlər araşdırır

Çində koronavirusdan sağalan bir neçə xəstə sonradan ölüb – Həkimlər araşdırır

Tarix: 2 May 2020 22:27

Koronavirus xəstələrinin sağalandan sonra ağciyərlərində təhlükəli virusun hissəcikləri uzun müddət gizli qala bilər. Bunu heç bir standart teslə təyin etmək mümkün deyil.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Çin alimləri elmi dərgidə koronavirusdan sağalıb, testi neqativ çıxandan sonra evə gedən xəstələrdə baş verən patoloji dəyişiklik və hətta ölüç halların tədqiq edən araşdırmalarını paylaşıblar.

.Çin virusoloqları 78 yaşlı koronavirus infeksiyasından müayinə edirlər. Müalicədən sonra 2 dəfə aparılan yaxma analizi testi neqativ göstərdi. Komputer tomoqrafiyası da normal vəziyyət göstərmişdi. Lakin evə yazıldıqdan 12 gün sonra xəstə ürək tutmasından öldü.

Meyitin müayinəsi göstərdi ki, xəstənin ağciyərlərində hələ də COVID hiccəsikləri var idi, lakin onlar orqanizmdə heç bir simptom göstərmirdilər. Amma ürək, qaraciyər və beyində virus yox idi.

Tədqiqatçılar bu qərara gəldilər ki, virus hissəciklərinin lokallaşdırılması və virusun müalicəsində həkimlər üçün təlimatların təkmilləşdirilməsinə ehtiyac var və müalicənin effektivliyi başqa metodlarla təsdiqlənməlidir.


Etiketlər:  Çində koronavirusdan sağalan neçə xəstə sonradan ölüb Həkimlər araşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ