Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Kim Çen Inın sağlam olduğundan məmnun olduğunu bildirib

Tramp Kim Çen Inın sağlam olduğundan məmnun olduğunu bildirib

Tarix: 3 May 2020 02:48

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp, KXDR lideri Kim Çen Inın ictimaiyyət qarşısında görünməsindən məmnundur.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti "Twitter" səhifəsində bildirib.

"Şəxsən mən onun qayıtmağını və sağlam olduğunu görməkdən məmnunam", - D.Tramp yazıb.

Xatırladaq ki, KXDR lideri 11 apreldən bir neçə gün ərzində ictimaiyyət qarşısında görünməyib. Bir qədər əvvəl iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı məlumat yayılıb.


Etiketlər:  Tramp Çen Inın sağlam olduğundan məmnun olduğunu bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ