Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ter Ştegen ''Barselona'' ilə yeni müqavilə barədə danışıqları dayandırıb

Ter Ştegen ''Barselona'' ilə yeni müqavilə barədə danışıqları dayandırıb

Tarix: 3 May 2020 09:14

"Barselona"nın alman qapıçısı Mark-Andre ter Ştegen klubla yeni müqavilə barədə danışıqların dayandırıldığını bildirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, KİV-lər daha əvvəl Ter Ştegenin çox yüksək maaş tələb etməsi səbəbiylə danışıqların təxirə salındığını və "Barselona"nın pandemiya səbəb olduğu maliyyə böhranı dövründə bu məbləğə razı ola bilmədiyini xəbər verib.

"İlkin danışıqlar baş tutub, amma mən əvvəlcə hər şeyi düşünməli lazım olduğunu dedim. İndi daha vacib işlər var, ona görə də bu məsələni təxirə saldıq", - 27 yaşlı qapıçı bu barədə şərhində deyib.

Ter Ştegen "Barselona"ya 2014-cü ilin iyul ayında "Borussia" (Almaniya) klubundan transfer olunub. Keçid İspaniya klubuna 12 milyon avroya başa gəlib.

"Barselona"da oynayarkən Ter Ştegen 2014/15 mövsümünün çempionlar liqasını, UEFA super (2015) və klublararası dünya kuboklarını (2015), dörd dəfə İspaniyanın çempionluğunu və kubokunu qazanıb, İspaniya super kubokunun iki qat qalibi olub. Almaniya millisi üçün isə qolkiper 24 oyun keçirib.


Etiketlər:  Ştegen Barselona ilə yeni müqavilə barədə danışıqları dayandırıb


RƏYLƏR