Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 16:32
Fransanın "Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzinin müqaviləsini uzadıb.
Qol.az xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub Fransa millisinin üzvünü daha bir mövsüm icarəyə götürüb.
Nzonzi mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, qış fasiləsində "Renn"ə keçib. 31 yaşlı dayaq yarımmüdafiəçisinin "Roma" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.