Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Koronavirus və ''Sabah''la olan müqavilə bu qərarıma səbəb oldu''

''Koronavirus və ''Sabah''la olan müqavilə bu qərarıma səbəb oldu''

Tarix: 4 May 2020 10:52

“Koronavirusla bağlı vəziyyət və Azərbaycan klubu ilə yaya qədər olan müqavilə bu qərarı verməyimə təsir etdi".

Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın sabiq hücumçusu Marko Deviç “zurnal.rs” saytına açıqlamasında deyib.

Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Ukrayna millisinin keçmiş üzvü artıq yaşının çox olduğunu və məşqlərə əvvəlki kimi həvəsli olmadığı bildirib: "37 yaşlı insan digər şeylər – həyat və idman çətinlikləri haqqında düşünməyə başlayır. Amma bu məsafədə artıq yarım saat sonra məşqə başlamağım, saat 15:00-da stadiona getməyim üçün özümü həvəsləndirə bilmirəm. Burda maksimum səviyyədə necə oynaya bilərəm? Digər tərəfdən ailəm var. Oturdum, fikirləşdim və futbolla vidalaşdım. Ancaq sadəcə meydanda.

Ölkə xaricində 16 ildən çox karyera gözləmirdim. Bunun üçün xoşbəxt və qürurluyam, bunlar mənim üçün böyük şeydir. Çox gözəl xatirələrim oldu”.

Deviç gələcək planları ilə bağlı isə bunları deyib: “Əvvəlcə bir az fasilə verməliyəm. Futbolda idarəçilik işində ola bilərəm, bu baxımdan, digər imkanlara da baxacam. Şahmat oynamağı da sevirəm. Əvvəlcə menecer, sonra məşqçi olacam. A kateqoriyalı lisenziyam var, ən yüksək məşqçilik kursuna qatılmağı planlaşdırıram. Səyahət menecer həyatının ayrılmaz hissəsidir. Bu, məşqçilikdən daha az streslidir”.

 


Etiketlər:  Koronavirus Sabahla olan müqavilə qərarıma səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ