Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2020 17:54
"Teledərslərdə iştirak etmək istəyən müəllimlər sosial şəbəkə vasitəsilə bizə müraciət edə bilərlər".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib.
Onun sözlərinə görə, teledərslərin keçirildiyi ilk vaxtlar ən sərt karantin tədbirlərinin tətbiq olunduğu vaxt olduğu üçün müəllimləri dəvət etməkdə çətinlik çəkirdilər:
"Artıq teledərsləri keçən müəllimlər heyəti məlumdur və onların sayı müəyyənləşdirilib. Ancaq bəzən müəyyən səbəblərdən müəllimlərin əvəzlənməsinə ehtiyac yaranır. Bununla əlaqədar bəzən müəllimlərimizi dəyişirik və başqa müəllimlər dəvət edirik. Əgər teledərslərdə iştirak etmək istəyən müəllimlərimiz varsa, onlar bizə sosial şəbəkə vasitəsilə müraciət edə bilərlər. Biz həmin müəllimlərimizi dəvət edib əvvəlcə onların dərslərini dinləyəcəyik. Daha sonra teledərslərin çəkilişi aparan təşkilat heyəti o müəllimlərin "Dərs vaxtı" proqramında dərs keçib-keçməməsi barədə qərar verəcək".
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkə üzrə bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin təşkilatçılığı ilə teledərslər keçirilir. Teledərslər martın 11-dən "Mədəniyyət" kanalında "Dərs vaxtı" proqramı çərçivəsində yayımlanır.