Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tottenhem" "Barselona"nın oyunçusu ilə danışıq aparır

Tarix: 4 May 2020 22:26

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Tottenhem" xorvatiyalı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo futbolçunun transfer edilməsini istəyir. Kataloniya klubu Rakitiçin gələcək planlarına daxil etməyib. Ancaq oyunçu bu yaxınlarda "Barselona"da qalmaq istədiyini bildirdi.

"Tottenhem"in isə 32 yaşlı futbolçuya 2 illik müqavilə təklif edir. Klub nümayəndələrinin Rakitiçin agenti ilə danışıqlara başladığı qeyd edilir.

Milli.Az


Etiketlər:  Tottenhem Barselonanın oyunçusu ilə danışıq aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ