Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 07:12
Şimali Karolina Universitetinin tədqiqatçıları istənilən elektronika qurğusuna quraşdırıla bilən nazik elastik material hazırlayıblar. Yeni materialın özəlliklərindən biri onun havakeçirtmə qabiliyyətidir ki, bu da dəri ilə uzunmüddətli kontakt vaxtı ondan rahat şəkildə istifadə etməyə imkan verir. Yeni texnoloji hazırlama tibb sahəsində geniş tətbiq oluna bilər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tədqiqatçılar innovativ materialdan hazırlanmış qoldan kontroller kimi istifadə edərək onun daşınan qurğular bazarında tətbiq imkanını nümayiş etdiriblər. Həmçinin yeniliyin biotibb sahəsində faydalı olacağı güman edilir.