Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı (FOTO)

Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı (FOTO)

Tarix: 5 May 2020 13:12

Bakı. Samir Əli - Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çallı kənd sakini əvvəllər məhkum olunmuş Mətləb Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram oan 7 ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib. Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.

Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı (FOTO) - Gallery Image Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı (FOTO) - Gallery Image Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Zərdabda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ