Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2019 04:52
Bakı. Trend:
Danimarkada parlament seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, seçkilər ölkənin Milli bayramı günü - Konstitusiya günü baş tutacaq.
Ümumilikdə 13 partiyadan 900-dən çox namizəd 179 mandat üçün mübarizə aparacaq. İctimai rəy sorğuları göstərir ki, sol mərkəz blokunun mandatın əksəriyyətini əldə etməyə daha çox şansı var.
Seçki məntəqələri yerli vaxtla saat 9:00-da açılacaq.
Səsvermə saat 20:00-a kimi davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin