Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2020 23:12
Ara-sıra "ixtiraçı süni intellekt" başlıqlı xəbərlərə rast gəlinir.
ABŞ-ın patent və əmtəə nişanı agentliyi süni intellektin ixtiraçı adlandırılmasını və onun adına patentin rəsmiləşdirilməsini qadağan edib. Bu qərar sözügedən quruma göndərilən iki ərizə ilə bağlı olub. Hər iki ərizədə süni intellekt ixtiraçı kimi göstərilib və onun adına patentin rəsmiləşdirilməsi istənilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, birinci ərizədə süni intellektin qida üçün konteyner ixtira etdiyi, ikincidə isə xüsusi siqnal verən fənər ixtira etdiyi qeyd olunub.
İxtiralar DABUS adlandırılan süni intellekt tərəfindən yaradılıb. Patent və əmtəə nişanı agentliyində ərizələrə cavab olaraq bildirilib ki, ixtiraçı kimi yalnız insan adı qeyd oluna bilər.
Patent üçün müraciət edən təşkilat hesab edir ki, gələcəkdə süni intellekt hüquqlarını rəsmiləşdirmək mütləqdir.