Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə mikroavtobus piyadanı vurub öldürdü

Gəncədə mikroavtobus piyadanı vurub öldürdü

Tarix: 6 May 2020 09:48

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin E.Həsənov küçəsində qeydə alınıb. Gəncə şəhərində yaşayan,1987-ci il təvəllüdlü Məmmədov Füzuli Vidadi oğlu idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusla həmin küçədə dönmə hərəkəti edərkən, avtomobilin arxa hissəsi ilə yolun kənarında dayanan 1954-cü il təvəllüdlü Kazımov Faiq Kazım oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Gəncədə mikroavtobus piyadanı vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ