Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2020 12:06
Bakı. Asif Mehman - Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlara müraciət edib.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, artıq ölkədə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb. Bu məqsədlə TƏBİB COVID-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq digər xəstələrə yardım etməyə çağırıb.
Ünvan: Mərkəzi Qan Bankı, Mirəli Qaşqay küçəsi 87.
Telefonlar:
907
+99412 440 65 86
+99412 440 78 50
+99412 441 66 52.