Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Karantində heç bir işim yarımçıq qalmadı'' - əməkdar artist

''Karantində heç bir işim yarımçıq qalmadı'' - əməkdar artist

Tarix: 6 May 2020 22:26

''Karantin elan olunmadan əvvəl bütün çəkilişlərimi bitirmişdim. Ona görə demək olar ki, ölkədə bu vəziyyət yarananda mən əsas işlərimi görmüşdüm ".

Milli.Az xəbər verir ki, bu sözləri əməkdar artist Kəmalə Müzəffər  "ölkə.az"a açıqlaması zamanı bildirib.

"Bundan başqa yanvar ayının sonunda Bəhram Osmanovun quruluşunda Anarın ''Şəhərin qış gecələri'' tamaşasını teatra təhvil vermişəm. Digər tamaşalarım isə yeni mövsümdə oktyabrda başlayacaq. Demək olar ki, karantin dövründə heç bir işim yarımçıq qalmayıb".

Əməkdar artist koronavirus haqqında gündəmi izlədiyini də vurğulayıb.

"Çalışıram hər zaman xəbərləri oxuyum, ölkə və dünya gündəmini yaxından izləyim. Virusla bağlı bütün xəbərləri, məlumatları oxuyuram'', - deyə, o, bildirib.

Qeyd edək ki, Kəmalə Müzəffər ''Vicdan haqqı'', ''Ögey ana'' seriallarında əsas rolları canlandırıb.

Milli.Az


Etiketlər:  Karantində heç işim yarımçıq qalmadı əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ