Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurban Berdıyev istefa verdi

Kurban Berdıyev istefa verdi

Tarix: 5 Iyun 2019 15:16

“Rubin” baş məşqçisi Kurban Berdıyevlə yolları ayırıb.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Məlumatda iyunun 5-də rəhbərliklə görüşən 66 yaşlı mütəxəssisin komandanı tərk etmək qərarına gəldiyi bildirilib.

Qeyd edək ki, “Rubin” geridə qalan mövsümü 11-ci pillədə başa vurub. Berdıyev daha əvvəl – 2001-2013-cü illərdə də bu komandanı çalışdırıb. Kazan klubu onun rəhbərliyi altında iki dəfə Rusiya Premyer Liqasını, bir dəfə ölkə kubokunu, iki dəfə Superkuboku qazanıb.

 


Etiketlər:  Kurban Berdıyev istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ