Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Survivor''u tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ: Bu qızla nəbadə... - FOTO

''Survivor''u tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ: Bu qızla nəbadə... - FOTO

Tarix: 7 May 2020 15:18

Təxminən 1 ay əvvəl Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışını gözlənilmədən tərk edən "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə məşhur müğənni xəbərdarlıq edib.

Sonxeber.net xəbər verir ki, Pərviz bu xəbərdarlığı onu yarışda ən çox dəstəkləyənlərdən olan Türkiyənin pop ulduzu Demet Akalından alıb.

Belə ki, dünya çempionumuzun üzvü olduğu "Ünlülər"dən kənarlaşdırılmasında əli olan komanda yoldaşı Aşkım da 2 gün əvvəl yarışı tərk edib. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejminə görə sərhədlər bağlı olduğu üçün Pərvizlə bir yerdə 5 iştirakçı yarışın keçirildiyi Dominikanda bir otelə yerləşdiriliblər. Vətənə qayıtmaq mümkün olmadığı üçün yarışı tərk edən bütün iştirakçılar oteldə çox vaxt bir yerdə vaxt keçirməli olurlar. Demet Pərvizə onun yarışdan kənarlaşdırılmasında əli olan Aşkımla kəlmə kəsməməyi tapşırıb:

"Pərviz, bu qızla qətiyyən danışma, nəbadə".

Azərbaycanlı idmançı elə bir fikrinin olmadığını da bildirib. Pərvizlə müğənninin sosial şəbəkə yazışması Türkiyənin məşhur maqazin səhifələrində xəbər olub:

Məhəmməd Vaqif


Etiketlər:  Survivoru tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ qızla nəbadə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ