Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zidan sadə oğlan idi, məşqə ''Fiat''la gəlirdi''

''Zidan sadə oğlan idi, məşqə ''Fiat''la gəlirdi''

Tarix: 7 May 2020 15:42

“Zidan çox danışan adam deyildi. İngilis dilini yaxşı bilmirdi, daha çox fransız və italyanca danışırdı. Ancaq topla rəftarı...”

Qol.az xəbər verir ki, bu sözləri Niderland millisinin sabiq üvü Edvin van der Sar “Yuventus”da birgə çıxış etdiyi Zinəddin Zidan haqqında danışarkən deyib.

Veteran qolkiper “AS” nəşrinə açıqlamasında 1999-2001-ci illərdə komanda yoldaşı olmuş fransalı keçmiş yarımmüdafiəçinin özünü çox sadə apardığı bildirib:

“Məşqə "Fiat"la gəlirdi. Cins şalvar, ağ  köynək, "adidas" idman ayaqqıbısına üstünlük verirdi. Digər futbolçulardan tamamilə fərqli görünürdü. Başqa oyunçular məşqə "Ferrari" ilə və "Dolce and Gabanne", “Versace”dən geyinərək  gəlirdi. Zidan isə sadə oğlan idi. Əlbəttə, Zidanın da tünd tərəfi var idi. Buna görə də qırmızı vərəqələr alırdı”.

Qeyd edək ki, Zidan hazırda “Real”ın baş məşqçisi, Van der Sar isə “Ayaks”ın idman direkortorudur.
 


Etiketlər:  Zidan sadə oğlan məşqə Fiatla gəlirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ