Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbaxça''da bir nəfərdə koronavirus aşkarlanıb

''Fənərbaxça''da bir nəfərdə koronavirus aşkarlanıb

Tarix: 7 May 2020 23:14

Türkiyə futbolunda daha bir koronavirus infeksiyasına yoluxma halı açıqlanıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Fənərbaxça"nın çalışanlarından birinin testi müsbət nəticə verib.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, bazada çalışan klub işçilərindən birində koronavirus xəstəliyi aşkarlandığından, həmin şəxs karantinə alınıb. Həmçinin daha bir işçi eyni şübhə ilə həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, Türkiyə Super Liqasında mövsümün iyunun 12-də bərpa edilməsi planlaşdırılır.


Etiketlər:  Fənərbaxçada nəfərdə koronavirus aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ