Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp və Abe koronavirusa qarşı mübarizəni müzakirə ediblər

Tramp və Abe koronavirusa qarşı mübarizəni müzakirə ediblər

Tarix: 8 May 2020 07:16

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yapon ictimai televiziyası xəbər yayıb.

Məlumata əsasən, 40 dəqiqəlik telefon danışığı zamanı tərəflər pandemiyanın dünya iqtisadiyyatına təsirini və koronavirusa qarşı peyvəndin tədqiqini müzakirə ediblər.

Bildirilir ki, son dəfə Yaponiyanın Baş naziri və ABŞ prezidenti arasında telefon danışığı mart ayında pandemiya səbəbiylə Tokio Olimpiadasının gələn il təxirə salınması məsələsini müzakirə edərkən baş tutub.


Etiketlər:  Tramp koronavirusa qarşı mübarizəni müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ