Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2019 10:12
Braziliya millisinin futbolçusu Neymar zədələnib.
Qol.az-ın məlumatına görə,o, Qətərlə yoxlama görüşünün (2:0) 21-ci dəqiqəsində sağ ayağından zədə alıb və məcburi əvəzlənib. 27 yaşlı hücumçu ehtiyat oyunçular skamyasında gözyaşını saxlaya bilməyib və həkimlərin köməyi ilə paltardəyişmə otağına gedib.
Onun Amerika kubokunda iştirakının sual altında olduğu bildirilib.
Qeyd edək ki, sözügedən turnir 15 iyun-7 iyul tarixlərində keçiriləcək.