Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 10:51
Milli Məclis Aparatının yeni sektor müdirləri məlum olub.
Sonxeber.net parlamentin saytına istinadən xəbər verir ki, əvvəl parlamentin sektor müdirlərinin sayı 26 olsa da, indi bu say 24 nəfər olub. Milli Məclis sədrinin birinci müavinin köməkçisi olan Kəmalə Əzimova hazırda İqtisadi və sosial qanunvericilik şöbəsini Humanitar məsələlər sektorunun müdiri vəzifəsinə təyin edilib. Bundan əvvəl sədrin köməkçisi vəzifəsində çalışan Fizuli Abbasov yeni sərəncamla beynəlxalq münasibətlər şöbəsinin parlamentlərarası əməkdaşlıq sektorunun müdiri təyin edilib.
Sektor müdirləri təyin edilənlər arasında yeni simalar da var. Belə ki, Lalə Çələbizadə beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri, Kamalə Paşayeva dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri, Aybəniz Həsənova Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Dəftərxana sektorunun müdiri, Ağaəli Ağayev İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin Təhlil və analitika sektorunun müdiri, Sürəyya Abdullayeva isə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun müdiri təyin ediliblər.