Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 13:44
Tərtər rayonunda qətl hadisəsi törədilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Həmin ərazidə yaşayan 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun meyiti küçədə tapılıb.
Araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.