Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2020 19:12
Çinin yeni və nəhəng raketdaşıyıcısı olan "Long March-5B"nin ilk buraxılışı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, raket Çinin yeni nəsil kosmik gəmisinin və yük kapsulunun sınaq versiyalarını da test üçün kosmosa aparıb.
Raketdaşıyıcının buraxılışdan 8 dəqiqə 8 saniyə sonra eksperimental kosmik gəmi və yük kapsulunun test versiyası raketdən ayrılaraq planlaşdırılan aşağı orbitə daxil olub.
Bu uğurlu uçuş kosmik stansiyanın quraşdırılmasını hədəfləyən Çinin kosmos proqramının 3-cü mərhələsinin başlanğıcı hesab edilir.
"Long March-5B" tipli raketdaşıyıcılar, əsasən, kosmik stansiyanın modullarının quraşdırılması üçün istifadə olunacaq. Bunun səbəbi yalnız bu tip raketdaşıyıcıların kosmik stansiyanın hissələrini orbitə aparmaq gücünə malik olmasıdır. Uzunluğu 53,7, diametri 5 metrə çatan raket maye oksigen, maye hidrogen və kerosin yanacağından istifadə etməklə 22 ton yükü aşağı orbitə qaldırmaq gücündədir.