Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk kompüter virusunu hazırlayan şəxsin kimliyi aşkarlanıb

İlk kompüter virusunu hazırlayan şəxsin kimliyi aşkarlanıb

Tarix: 9 May 2020 20:52

Hazırda həmin şəxs telefon təmiri ilə məşğuldur.

Kompüterləri kütləvi yoluxdura bilən ilk virus yaradıcısının kimliyi məlum olub. Bu virusa 2000-ci ildə bütün dünya üzrə milyonlarla istifadəçinin kompüteri yoluxub. Kompüterlərin virusa yoluxması üçün istifadəçilərə "LOVE-LETTER-FOR-YOU", Azərbaycan dilinə tərcümədə "Sənin üçün sevgi məktubu" adlı fayl yerləşdirilmiş elektron məktub göndərilib. Beləliklə də, bu faylda saxlanılan zərərli kod sonradan bütün sənədləri nüsxələyib, parolları oğurlayıb və məlumatları Microsoft Outlook-dakı bütün istifadəçi kontaktlarına yönləndirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən məşhur zərərli proqramın müəllifi virusu parolları oğurlamaq və pulsuz internetdən istifadə etmək üçün hazırlayıb.

44 yaşlı filippinli Onela de Guzman mətbuata açıqlamasında bildirib ki, virusun bu qədər kompüterə yoluxacağını gözləmirdi. Bundan əlavə, Guzman virusun dünyada bu qədər problem yaratdığına görə peşman olduğunu qeyd edib.

Virusun müəllifi hazırda Manilada telefonların təmiri ilə məşğuldur.
Qeyd edək ki, virus demək olar, 45 milyon kompüteri yoluxduraraq, bir çox problemə səbəb olub. Virusu aradan qaldırmaq üçün İT menecerləri bəzi infrastrukturu şəbəkədən ayırmaq məcburiyyətində qalıblar.

Mütəxəssislərin fikrincə, virusdan vurulan zərər milyardlarla funt təşkil edib.


Etiketlər:  İlk kompüter virusunu hazırlayan şəxsin kimliyi aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ